Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Prodüserlərin inkişaf təlimi” proqramının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, təlimlər avropalı mütəxəssislər- Martin Hagemann və Titus Kraymberqi tərəfindən keçiriləcək. Təlim iştirakçıları ilin sonunadək praktik mentorluq vasitəsilə kino layihələri hazırlayacaqlar. Ən uğurlu layihələr isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən mükafatlandırılacaq.
Qeyd edək ki, təlimin 1-ci mərhələsi (intensiv proqram) 13 oktyabr tarixinədək davam edəcək.