Bir müddətdir çəkiliş meydançalarından uzaq olan Bergüzar Korel sosial media hesabında işinin çoxluğundan gileylənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ardıcıl doğumları səbəbi ilə bir müddət çəkilişlərdən uzaq qalan Bergüzar Korel "Amazon Prime"-da yayımlanacaq "Düyün" serialının çəkilişlərinə davam edir. İnstaqram hesabını aktiv şəkildə istifadə edən Bergüzar Korel boş günlərində dincələ bilməməkdən şikayətlənir.
Korelin paylaşımları sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.