Qlükoza kimi tanınan rusiyalı müğənni Natalya İonova əri və qızları ilə ikinci gün İsrailin bomba sığınacağında gizlənməli olub. SİA xəbər verir ki, bu barədə "KP.ru" məlumat yayıb. Məlum olub ki, onlar amerikalı ifaçı Bruno Marsın oktyabrın 7-də Təl-Əvivdə baş tutmalı olan konsertini izləməyə gediblər, lakin Həmasın ölkəyə hücumu başladığından proqram ləğv edilib. Qlükoza ailəsi ilə birlikdə qaldıqların otelin bomba sığınacağına sığınmalı olub.
"Hamıya salam, hamı narahatdır, hamı zəng edir. Qayğınıza görə, təşəkkür edirəm. Sabah qayıdırıq, biletlər almışıq. İndi qəhvə içməyə çıxmışıq, dünən uzun müddət sığınacaqda gözlədik. Küçələrdə sakitçilikdir, yavaş-yavaş həyat normal vəziyyətə qayıdır. Dünən şabat idi, həm də ümumi atmosfer yaxşı deyildi", - müğənni instaqramda paylaşdığı videoda qeyd edib.
Oktyabrın 7-də baş verən atışmadan bir neçə saat sonra Bruno Mars və onun konsert qrupunun 60 üzvü oktyabrın 8-də çıxış edəcəyi Qətərə uçub.