Burak Özçivitin səfərində qorxulu anlar yaşayıb - FOTO

9 Oktyabr 2023 04:47 (UTC+04:00)

38 yaşlı aktyor Burak Özçivit Pakistan səfərində qorxulu anlar yaşayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, "Kuruluş Osman" serialının qəhrəmanı Pakistanda siması olduğu ətir markasının təqdimatı üçün Ticarət Mərkəzində keçirilən tədbirdə iştirak edib. Aktyoru görə bilmək üçün ticarət mərkəzinə yüzlərlə insan axışıb. Əzilmək təhlükəsi yaşayan ulduz mühafizəçilərin yardımı ilə izdihamdan xilas ola bilib.

Sözügedən görüntüləri sosial mediada yayılıb.