...Ölümdən bir saniyə əvvəl insan özünü necə hiss edir? Nyu-York Universitetindən bir qrup alim və həkim bu suala cavab verməyə çalışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New Zealand Herald” portalı yazır.
Beləliklə, mütəxəssislər 500 xəstəni müşahidə ediblər, onlardan 53-ü reanimasiya olunub. İnsanlar ölümdən bir an əvvəl qohumlarının səsini eşitdiklərini, həmçinin xəstəxana çarpayısında öz cəsədlərini gördüklərini və sanki onların üstündə üzdüklərini söyləyiblər. Bəziləri tunelin sonunda işıq olduğunu və ailə eləcə də dostları ilə görüşdüyünü bildirib.
Alimlər deyirlər ki, insan beyni uzun müddətli ürək-ağciyər reanimasiyasından sonra da sağalma əlamətləri göstərə bilər.
Mütəxəssislərin fikrincə, ölmək üzrə olan insanlar canlı xatirələri və hissləri tətikləyən beyin fəaliyyətinin artması ilə üzləşirlər - bu, dünyanı tərk etmək qorxusunu və ağrısını yüngülləşdirməyə kömək edən qoruyucu mexanizmdir.
Nazlı