Belarusun “öz İlon Maskı” peyda olub

8 Oktyabr 2023 23:25 (UTC+04:00)

Belarusda hərbçi Starlink sisteminin analoqunu yığıb. O, artıq “Belarus Elon Mask” ləqəbini alıb.

SİA-nın əldə etdiyi məlumata görə, ixtiraçı haqqında hekayəni Belarusun “Belta” dövlət agentliyi öz YouTube kanalında dərc edib.

KİV-in məlumatına görə, belarus çox az pula Amerikanın Starlink peyk sisteminin öz analoqunu yaradıb. Və bu sistem xüsusiyyətlərinə görə Mask sistemindən heç də aşağı deyil.

Qeyd edək ki, hərbçinin şəxsi məlumatları açıqlanmır.

Bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Brest vilayətində hərbçilərlə görüşüb və ona sistemin necə işlədiyi barədə məlumat verilib.

“…Məsələn, Minskdə bir yerdə İnternetə giriş nöqtəsi var, sistem ona peyk vasitəsilə uzaqdan qoşulur və sonra marşrutlaşdırıcıdan istifadə edərək bu İnterneti paylayır”.

Belaruslu hərbçi iş prinsipini təsvir edib.

Söhbət zamanı Lukaşenko Amerikadan fərqli olaraq, Belarus analoquna “milyardlar” xərclənmədiyini bildirib.

Nazlı