Alla və Maksim İsrail hava limanında görüntülənib..?

8 Oktyabr 2023 22:37 (UTC+04:00)

İnternetdə şoumen Maksim Qalkin və SSRİ xalq artisti Alla Puqaçovanın İsraildə dünənki hadisələrdən sonra tələsik ölkəni tərk etmək qərarına gəldikləri barədə məlumatlar yayılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovski Komsomolets” informasiya portalı yazır.

Deyilənlərə görə, yurnalistlər İsrail hava limanında Qalkinə çox bənzəyən adamın şəklini çəkə biliblər.

Onun yanında, arxası kameraya dönük, saç düzümü Puqaçovaya bənzəyən bir qadın dayanır.

Lakin Alla Puqaçova və Maksim Qalkinin İsraili tərk etmək qərarına gəldiyi barədə rəsmi məlumat yoxdur.

Xatırladaq ki, dünən, oktyabrın 7-də HƏMAS silahlıları İsraildə məskunlaşan əraziləri atəşə tutub.

Nazlı