Zidan qayıdır?

8 Oktyabr 2023 18:46 (UTC+04:00)

İspaniya çempionatının IX turu çərçivəsində “Real Madrid” doğma meydanda “Osasuna”nı qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, həmən oyunda bir vaxtlar “Real Madrid”-in baş məşqçisi olmuş və hazırda işsiz olan fransalı mütəxəssis Zinəddin Zidan da görüntülənib.

Amma tamaşaçı kimi...

Xatırladaq ki, fransalı madridliləri iki dəfə - 2016-2018 və 2019-2021-ci illərdə çalışdırıb. Onun rəhbərliyi altında “Real Madrid” La Liqa çempionu olub və üç dəfə Çempionlar Liqasının qalibi olub.

Yeri gəlmişkən, “Real Madrid”in hazırki çalışdırıcısı Karlo Ançelottinin 2023/2024 mövsümünün sonunda klubu tərk edəcəyi deyilirdi.

Zidan qayıdır?

Nazlı