Bərdədə “БЕЛАРУСЬ” markalı traktor yanıb

8 Oktyabr 2023 17:50 (UTC+04:00)

Bərdədə “БЕЛАРУСЬ” markalı traktor yanıb, xəsarət alan var

Bərdə rayonunun Qazaxlar kəndində “БЕЛАРУСЬ” markalı traktorun kabinası yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.