ABŞ-da polis "pis qoxu" şikayətindən sonra dəfn evində axtarışlar zamanı 115 çürümüş cəsəd tapıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında bir dəfn evində şikayət əsasında aparılan axtarış zamanı 115 çürümüş cəsədin tapıldığı açıqlanıb. Fremont Polis İdarəsindən verilən açıqlamada, ətrafa yayılan pis qoxu səbəbiylə ətrafdakıların şikayəti əsasında "Təbiətə Dönüş Cənazə Evi"ndə yoxlama aparıldığı bildirilib.
Ekspertiza nəticəsində düzgün saxlanılmayan 115 çürümüş cəsəd aşkar edilib. Dairə şerifi Allen Kuper ailələrə müraciət edib ki, araşdırmalar davam etsin və çürümüş cəsədlərin şəxsiyyəti müəyyən olunsun.