Bir neçə gün sonra 60 yaşını qeyd etməyə hazırlaşan məşhur müğənni Hülya Avşarın bikinidə görüntüləri yayılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz Ayvalıkdakı bağ evindən görüntülərini instaqramda paylaşıb. Onun hovuz kənarında bikinidə rəqs videosu gündəm yaradıb. 60 yaşı olmasına baxmayaraq, sənətçi ideal bədən quruluşu ilə bütün diqqətləri öz üzərinə çəkə bilib.