Yeddi il yaşadıq, bəs deyil, arvad..?

6 Oktyabr 2023 22:24 (UTC+04:00)

Müğənni Vera Brejneva sosial şəbəkələrdə pərəstişkarlarının bir müddətdir təxmin etdiyi prodüser Konstantin Meladzedən boşandığını təsdiqləyib.

“Boşanma, transformasiya, minnətdarlıq, musiqi və səs... Bütün bunlar mənim mini albomumdadır”.

SİA-nın əldə etdiyi məlumata görə, “StarHit” bunu müğənnidən sitat gətirir.

Qeyd edək ki, Brejneva və Meladze 7 il evlilikdən sonra ötən il boşanıblar.

Prodüserlə müğənni arasında romantika Meladzenin ona üç uşaq dünyaya gətirən Yana Summla evləndiyi vaxtda başlayıb.

Brejneva o vaxt “VIA Gra”qadın müğənni qrupunun üzvü olub. Summ ərinin xəyanəti ilə bağlı şayiələrə inanmaq istəmədiyi üçün hətta nikahdankənar əlaqə faktını inkar edən bir rəqiblə də görüşdü.

Nazlı