ATU-nun professoru vəfat edib

6 Oktyabr 2023 15:20 (UTC+04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) professoru, həkim-pediatr Nərgiz Hüseynova dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

N.Hüseynova kəskin ürək çatışmazlığından 79 yaşında vəfat edib.

Qeyd edək ki, o, ATU-nun Yoluxucu xəstəliklər kafedrasında çalışıb.