“Əmək bazarına qəbul edilmək probleminin arxasında ixtisas seçimi dayanır. Abitruyentlər çox zaman qəbul ballarının uyğun gəldiyi ixtisasları seçməyə üstünlük verirlər. Lakin sevmədiyi ixtisasa qəbul olan tələbənin dərslərinə marağı olmur və nəticədə də həm göstəriciləri, həm də ixtisas üzrə biliyi ürəkaçan olmur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Adil Vəliyev deyib.
Onun sözlərinə görə, ixtisasının peşəkarı olmayan şəxslər isə əmək bazarında özünə yer tapmaqda çətinlik çəkir: “Universitetlər isə bu mənada dərs vəsaitlərini yeniləməli, tələbələrin daha çox öyrənməsi üçün yeniliklərə, müasir texnologiyalardan istifadəyə açıq olmalıdırlar.
Əsas məsələlərdən biri də yaranan yeni ixtisaslar mütləq şəkildə əmək bazarının tələblərinə uyğun olmalıdır”.