Müğənni Təhsil Nazirliyinə irad bildirdi

6 Oktyabr 2023 02:45 (UTC+04:00)

Təhsil Nazirliyinə müraciət edirəm: Övladları rus bölməsində oxuyan valideynlər mənə dəstək olarlar. Elə uşaqlar var ki, tam rusdillidir, heç Azərbaycan dilini bilmir. Bacımın övladı altıncı sinifdə oxuyur. Soruşuram ki, dərs necədir? Deyir ki, Azərbaycan tarixi kitabı sırf Azərbaycan dilindədir. Uşağa çox çətindir, oxuya bilmirlər. SİA xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov instaqramda hekayə bölümündə paylaşdığı videoda deyib. Təhsil Nazirliyinə müraciət edən sənətçi rus bölməsində təhsil alan şagirdlərin kitab çətinliyi çəkdiyini bildirib.

"Azərbaycan tarixi dərsindən qiymətləri aşağıdır. Rus bölməsi üçün çətindir. Biz, bizim tarixi bir neçə dildə yaymalıyıq. Bizim üçün önəmlidir. Təhsil Naziriyi Azərbaycan tarixini rus dilində təqdim etsinr. Hətta uşaq deyir ki, xaricdə yaşayan uşaqlar belə məktəbdən, oxuya bilmədikləri üçün çıxıblar", - Elnur müraciətində qeyd edib.