Rozenbaumun ikinci gəlir yeri...

5 Oktyabr 2023 23:34 (UTC+04:00)

...Aleksandr Rozenbaum ilk növbədə bəstəkar və öz mahnılarının ifaçısı kimi tanınsa da, lakin bu, onun yeganə fəaliyyəti deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rozenbaum həm də Sankt-Peterburqdakı “Tolstoy Fraer” pivə barları şəbəkəsinin sahibidir.

Qeyd edək ki, restoranlar adını Rozenbaumun "Fraer" mahnısından alıb. Onu da qeyd edək ki, pivə barları Sankt-Peterburq sakinləri arasında çox populyardır.

Belə ki, 2022-ci ildə şirkətin gəliri 180 milyon rubl, mənfəəti isə 34,3 milyon rubl təşkil edib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rozenbaum Qriqori Lepsə həyat yoldaşından boşanmaqda günahını dərk etməyə kömək edib.

Leps də, Rozenbaumun məsləhəti ilə şəxsi təcrübələrini bölüşdüyü "Xain" mahnısını yazıb.

Nazlı