Aktrisa moda evi üçün poza verib - FOTOLAR

5 Oktyabr 2023 16:46 (UTC+04:00)

Məşhur xarici aktrisa Zendaya "Balmain" moda evi üçün poza verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa brendin son kolleksiyasının dəfilədə nümayiş olunan görünüşünü öz üzərində sınayıb.

27 yaşlı Zendaya təkrar emal olunmuş plastik butulkalardan hazırlanmış çiçəklərlə bəzədilmiş ağ "Balmain" bodisində poza verərək yeni fotolarını "İnstaqram"da yerləşdirib.

Onu stilisti Lou Roaç hazırlayıb. O, bu yaxınlarda dəb sahəsindən getdiyini və Zendayadan başqa heç kimlə əməkdaşlıq etməyəcəyini açıqlayıb.