2023-cü il Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı məlum olub.
SİA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Norveç yazıçısı Yun Fosseyə verilib.
O bu mükafata "səsləndirilməsi mümkün olmayan fikirləri ifadə edən innovativ pyeslərinə və nəsr əsərlərinə görə” layiq görülüb.
Xatırladaq ki, mükafatın ötənilki qalibi fransalı yazıçı Anni Erno olub.