Bağçalarda tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı

5 Oktyabr 2023 12:34 (UTC+04:00)

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı açıqlanıb.

Bu barədə SİA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Qeyd edək ki, yerli təhsili idarəetmə orqanları tərəfindən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test və müsahibə mərhələsində uğur qazanan namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun vakansiyalara yerləşdirilməsi aparılacaq.