Elnarəyə gözlənilməz sürpriz

5 Oktyabr 2023 02:52 (UTC+04:00)

Bu gün qalereyamda bir neçə gün öncə çəkilmiş bu videoya rastladım. Və düşündüm ki, gec də olsa, sizinlə həyatımın bu anını paylaşmalıyam. Məlum səbəblərdən 2 həftədən çoxdur ki, səhifəmdə heç nə paylaşa bilmirdim. Əminəm, siz də o əhvalda deyildiz, eyni mənim kimi. Ancaq videoya baxdım və şamları üfürəndə tutduğum arzum yadıma düşdü və istədim ki, onu da sizinlə paylaşım. Arzu tutmuşdum ki, Allah mənim ətrafımda olan bu insanları hər zaman yanımda var eləsin. Yaxşı ki, varımsız. SİA xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl 43 yaşını qeyd edən müğənni Elnarə Xəlilova sosial mediada yazıb. Tələbələrinin ona doğum günü sürprizinin görüntülərini instaqramda paylaşan sənətçi onlara təşəkkür edib.