Muğla vilayətinin Fethiye qəsəbəsi ən yaxşı tətil yeri kimi...

4 Oktyabr 2023 23:43 (UTC+04:00)

"The Times" qəzeti oktyabrda ən yaxşı tətil yeri arasında ikinci yerdə Türkiyənin Muğla vilayətinin Fethiye qəsəbəsini göstərib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Fethiye Bələdiyyəsindən mövzuyla bağlı verilən açıqlamada Best places for a beach holiday in October" (Oktyabr ayında çimərlik tətili üçün ən yaxşı yerlər) siyahısını açıqlayan “The Times” qəzetinin Türkiyedən Fethiyeni seçdiyi bildirilib.

"The Times"ın "Büdcəsinə diqqət yetirən səyahət edənlər üçün aşağı qiymətlərdən faydalanmaq üçün ideal fürsət" məqaləsi ilə paylaşdığı siyahı belədir:

"İbiza (İspaniya), Fethiye (Türkiye), Malta, Zanzibar (Tanzaniya), Qoa (Hindistan), Keyptaun (Cənubi Afrika), Alqarve (Portuqaliya), Yamayka, Tulum (Meksika), Girit (Yunanıstan)".