Avropa İttifaqına “nüvə Ukraynası” lazımdır..?

4 Oktyabr 2023 21:17 (UTC+04:00)

Mariya Zaxarova gələcəkdə Avropa İttifaqının “nüvə Ukraynasına” ehtiyacı ola biləcəyi ehtimalını istisna etməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri “Sputnik” radiosunun efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi səsləndirib.

Mariya Zaxarova deyib ki, Avropa İttifaqının “nüvəli Ukraynaya ehtiyacı ola bilər”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi öz nöqteyi-nəzərini əsaslandıraraq, Qərb siyasətçilərinin Ukraynanın nüvə statusu alması zərurəti ilə bağlı rəsmi Kiyevin bəyanatlarına reaksiya vermədiyini qeyd edib.

...Avropa İttifaqı ölkələrində Annalena Bärbock (Almaniya Xarici İşlər Naziri-A.B.) kimi insanların hakimiyyətdə olduğunu nəzərə alaraq, bu absurd teatrında onlara nüvə Ukraynasının da lazım olacağını istisna etmirəm.

Bunu deyən Zaxarova Zelenskinin Münhen konfransında bu barədə danışarkən “onu bu fikirdən geri çəkmədiklərini” əsas gətirir.

Nazlı