Kişilərdən ibarət "Azərreyl" komandası yeni mövsümün hazırlığına başlayıb

4 Oktyabr 2023 16:51 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası yeni mövsümün hazırlığına start verib. SİA xəbər verir ki, təlim-məşq toplanışının ilk mərhələsi Voleybol Mərkəzində keçirilir.

Hazırlıqda baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında 12 voleybolçu iştirak edir. Komanda əsasən fiziki məşqlərə üstünlük verir.