Abşeron dəmir yolu xətti ilə sərnişin daşınmasında rekord hədd qeydə alınıb

4 Oktyabr 2023 16:05 (UTC+04:00)

Oktyabrın 2-də Abşeron dairəvi dəmir yolu xətti ilə sərnişin daşınmasında rekord hədd qeydə alınıb. SİA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat verib.

Məlumata görə, həmin gün Bakı-Sumqayıt-Bakı sürətli elektrik qatarları ilə 30 300 nəfər sərnişin mənzil başına çatdırılıb.