Xələf Xələfov İran XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib

4 Oktyabr 2023 14:40 (UTC+04:00)

Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

SİA xəbər verir ki, Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib.

Tərəflər eyni zamanda, regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.