“Qəbələ” Gənclər Liqasında mübarizəyə başlayır

4 Oktyabr 2023 12:54 (UTC+04:00)

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq. SİA xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.

UEFA Gənclər Liqası Çempionlar yolu, I mərhələ 4 oktyabr 16:00

“Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Qəbələ şəhər stadionu