“Xoşbəxt Yusifzadə böyük insan idi“ - ZİYAD SƏMƏDZADƏ

4 Oktyabr 2023 12:15 (UTC+04:00)

“Xoşbəxt Yusifzadə Azərbaycan xalqının böyük oğlu və dünyamiqyaslı alim idi. Onun Azərbaycan müstəqilliyinin qorunmasında və Ulu Öndərin hazırladığı neft startegiyasının reallaşmasında müstəsna xidmətləri olub”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vida mərasimində deputat Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadənin apardığı tədqiqatlar və geniş miqyaslı lahiyələr Azərbaycan neft elmini dünya miqyasına qaldırdı: “O, böyük insan idi. O daim xalqı ilə ünsiyyətdə olurdu. Onun ünsiyyəti hər bir şəxs üçün böyük sevinclə qarşılanırdı. Əsrlər keçəcək və Azərbaycan daha da inkişaf edəcək. Bu inkişafda bir neftçi alim kimi Xoşbəxt Yusifzadənin rolu danılmazdır”.

Ayşən Vəli