"Qalatasaray"ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara onu ziyarətə gələn bacısı Zaira Naranı Ayasofyaya aparıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Vanda Nara və bacısının fotoları sosial şəbəkədə böyük marağa səbəb olub.
Başlarını örtüb məscidi gəzən Vanda Nara və Zaira Nara bol-bol fotolar çəkdiriblər. Cütlüyün sosial şəbəkədəki paylaşımlarına çoxlu bəyənmə və şərhlər gəlib.
Qeyd edək ki, Vanda Naranın paylaşımı qısa müddətdə 340 mindən çox bəyənmə toplayıb.