Türkiyəli müğənni Kalben maraqlı addım atıb. SİA xəbər verir ki, 2018-ci ildə həyat yoldaşından boşanan sənətçi tanışlıq saytında qeydiyyatdan keçib.
Uzun müddətdir heç kimlə sevgi münasibətində olmayan müğənni sayta öz fotolarını da yükləyib. Onun bu yolla özünə həyat yoldaşı axtardığı da iddia edilib.