"Mercedes" traktorla toqquşdu bir nəfər öldü, bir nəfər yaralandı

3 Oktyabr 2023 23:52 (UTC+04:00)

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili və traktor toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücü ağır yaralanıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb.

Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.