Novosibirsk vilayətində gənc xokkeyçinin faciəli ölümü araşdırılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə Berdsk şəhərində baş verib.
Belə ki, yerli “Kristal” komandasının 12 yaşlı xokkeyçisi 6 nömrəli liseydə dərslərə gedərkən bir anda sürüşərək yıxılıb. Yıxılma nəticəsində şagird başı ilə bordürə möhkəm dəyib. Həkimlər yalnız oğlanın ölümünü təsdiqləyə bildilər.
Hazırda müstəntiqlər idmançının ölümü ilə bağlı bütün şəraiti müəyyənləşdirirlər.
Məlumatda qeyd olunur ki, xokkey komandası mərhum oyunçunun xatirəsinə postament təşkil edib.
Daha əvvəl bildirilmişdi ki, yeniyetmə xokkey üzrə Rusiya çempionu Xvalko 17 yaşında gənə dişləyərək dünyasını dəyişib.
Nazlı