Niger-Mali sərhədində törədilən terror aktı nəticəsində 29 əsgər həyatını itirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Niger Müdafiə Nazirliyindən verilən açıqlamada ölkənin şimal-qərbindəki Tabatol rayonunda terror əməliyyatından qayıdan ordu birləşmələrinin hücuma məruz qaldığı bildirilib.
Hücumda ilkin məlumatlara görə 29 əsgər həyatını itirib, 2 əsgər isə ağır yaralanıb, çox sayda terrorçu zərərsizləşdirilib.
Açıqlamada ölkədə 3 günlük matəm elan edildiyi bildirilib.
Hadisə iyulun 26-da ordunun hökuməti ələ keçirməsindən bəri ən qanlı hücum kimi qeydə alınıb.
Avqust ayında Tillaberi bölgəsində törədilən terror hücumunda 17 əsgər həyatını itirmişdi.
Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları Almaniya ərazisindən daha böyük olan Liptako Gourma sərhəd xəttində tez-tez hücumlar törədir.