"Sabah" basketbol klubu ilk oyununda qələbə qazanıb

2 Oktyabr 2023 22:43 (UTC+04:00)

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu ilk oyununda Niderlandın “Donar” komandası ilə qarşılaşıb.

Şimali Makedoniyanın paytaxtı Skopyedəki “Kale Arena”da keçirilə görüş Bakı klubunun 75:72 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Sabah” növbəti oyunlarını oktyabrın 3-də “Rabotniçki”yə, 5-də isə “Rapid”ə qarşı keçirəcək.