Kuleba Rusiyanın ələ keçirilən aktivlərini istəyir

2 Oktyabr 2023 20:54 (UTC+04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqını Rusiyanın Qərbdə ələ keçirilən aktivlərinin Kiyevə köçürülməsi üzərində işləməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə diplomatik departamentin Facebook-da yayımladığı Avropa diplomatiyasının rəhbəri Josep Borrell ilə birgə mətbuat konfransında bildirib.

“Bu gün mən Rusiyanın ələ keçirilən aktivlərinin Ukraynaya ötürülməsinə imkan verəcək hüquqi bazanın formalaşdırılması üzərində işin intensivləşdirilməsinin vacibliyini vurğuladım”, - o deyib.

Nazir daha sonra “həll edilməli olan bir sıra hüquqi məsələlər var” deyə bildirib.

O, hüquq dövləti sərhədləri daxilində həll yollarının tapıla biləcəyini söyləyib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanı birinci dərəcəli dövlət adlandıran Kuleba, ölkəsinin Avropa İttifaqına üzvlüyünün də birinci dərəcəli olacağını bildirmişdi.

Ağasəf Babayev