Rəqabət Məcəlləsi birinci oxunuşda qəbul edilib

2 Oktyabr 2023 15:48 (UTC+04:00)

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

SİA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.