“Qarabağ”ın İsveçdə yerli “Hakken” komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununa azərbaycanlı azarkeşlərin də marağı yüksəkdir. Bu barədə SİA-ya “köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.
Fanatlar qarşılaşmanı tribunadan izləmək üçün kluba müraciət ediblər. Hacıyev sözügedən oyunda ən azı 300 azərbaycanlı azarkeşin olacağını bildirib.
Qeyd edək ki, oktyabrın 5-də Höteborqda reallaşacaq “Hakken” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.