Bosniya əsilli Yuqoslaviya və Serb kinorejissor və kinoaktyoru Emir Kusturitsa Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı əsasında növbəti filmini Rusiyada çəkəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Kubanda Ust-Labinskdə keçirilən “İsgəndər qalası” festivalındakı yaradıcılıq gecəsində danışıb.
Dostoyevskini özünə yaxın bilən Kusturitsa, film üçün artıq vəsait əldə etdiyini də bildirib.
Rusiyanın dərinliklərində Günəşin elə də həmişə olmadığını bildirən rejissor, növbəti filmini Kubanda çəkəcəyini deyib.
Qeyd edək ki, Emir Kusturitsa Avropanın ən böyük kinofestivallarının mükafatlarının laureatlarındandır.
Nazlı