Hindistana, Qoaya gedən turistlərə xəbərdarlıq...

1 Oktyabr 2023 23:54 (UTC+04:00)

...Qoada zəhərlənmə turistlər üçün əsas təhlükədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Turoperatorları Assosiasiyası yayıb.

Təşkilat ilk növbədə sanitariya ilə bağlı təhlükələri qeyd etdi. Çünki Qoa Hindistandır. Buna görə də, səyahət etməzdən əvvəl, sadəcə olaraq, bütün peyvəndləri almaq lazımdır.

Əllərinizi yumağı xatırlamaq vacibdir, çünki mədə-bağırsaq infeksiyaları insanların Hindistanda olduqda sığorta şirkətləri ilə əlaqə saxlamasının əsas səbəbidir.

Təşkilat rusiyalı turistlərin çox sevdiyi skuter sürməyin təhlükələrinə də diqqət çəkib. Məsələ burasındadır ki, Hindistanda nəqliyyatın xaotik olması səbəbindən tez-tez qəzaya düşmək olur.

Xatırladaq ki, “Aeroflot” sentyabrın 30-dan Moskvadan Qoaya birbaşa uçuşları bərpa edib.

Nazlı