DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirib

1 Oktyabr 2023 13:41 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 1-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan da keçirilib. Bu barədə SİA-ya DİM-ə istinadən xəbər verir.

İmtahanda iştirak etmək üçün 160 namizəd qeydiyyatdan keçib. 11 namizəd imtahana gəlməyib. 75 namizəd uğur qazanıb.