Şəkəri olanlar badımcan yesin...

30 Sentyabr 2023 18:31 (UTC+04:00)

Bu arada mütəxəssis Natalya Nasıpova qan şəkərini saxlamaq üçün badımcan yeməyi məsləhət görür.

Onun dediyinə görə, badımcanların yüksək lif tərkibinə görə bədəndə şəkərin həzm və udulma sürəti azalır.

Bundan əlavə, badımcanlar insulin istehsalını artıran polifenollarda yüksəkdir.

“...Badımcan aşağı kalorili sağlam məhsul, lif mənbəyi, B1, B6 vitaminləri, mikroelementlər - manqan, kalium, silisium və digərləri hesab olunur”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ekspert bildirib.

Həkimin dediyinə görə, badımcanda vitamin və minerallarla yanaşı, orqanizm üçün lazım olan digər antioksidant maddələr də var.

Yeri gəlmişkən, Nasıpova, badımcanın mədə-bağırsaq problemi və böyrək daşları olan insanlar üçün dozada yeyilməsinin də xəbərdarlığını edir.

Nazlı