Hərbi institutun orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edir

30 Sentyabr 2023 11:16 (UTC+04:00)

Türkiyənin Bursa Beynəlxalq Orkestrlər Festivalında iştirak etmək üçün Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti qardaş ölkədə səfərdədir.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif ölkələrin hərbi orkestrlərinin iştirakı ilə keçirilən festivalda ölkəmizi Hərbi İnstitutun Hərbi Orkestrinin rəisi hərbi dirijor polkovnik-leytenant Fariz Məmmədzadənin rəhbərlik etdiyi 35 nəfərlik nümayəndə heyəti təmsil edir.

Beynəlxalq festival oktyabrın 1-dək davam edəcək.