“200-dən sonra yatdığım qadınların sayını saymağı dayandırdım” - İLON MASKIN ATASI

30 Sentyabr 2023 11:06 (UTC+04:00)

"SpaceX", "Tesla" və "X" şirkətlərinin rəhbəri İlon Maskın atası Errol maraqlı açıqlama edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 8 övladı olan 77 yaşlı Errol çoxlu uşaq və nəvələrinin olması ilə bağlı bunları deyib:

"Kişilər toxumlarını yaymağa çalışırlar, bu normaldır. Məndən uşağı olduğunu iddia edən ən azı beş qadın tanıyıram. 200-dən sonra yatdığım qadınların sayını saymağı dayandırdım. 11 uşaq sahibi olmaq əladır. Niyə də olmasın, əgər bunu özünə icazə verə bilirsənsə..."