Hərbi komissarlığı yandırmaq istədi, özünü yandırdı...

29 Sentyabr 2023 21:46 (UTC+04:00)

Rusiyada növbəti səfərbərlik yaxınlaşdıqca, hərbi komissarlıqlara hücumlar da artıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu günlərdə internetdə hərbi qeydiyyat və komissarlığa “Molotov kokteyli” atması əks olunan bir video yayımlanıb.

Amma maraqlıdır ki, kokteyl atan bu sahədə naşıymış deyə, şalvarının balağını yandırıb. Yanan şalvarında alovun gücləndiyni görən naşı, onu çıxarıb ataraq qaşmaqdan başqa çarə görmür.

Qeyd edək ki, video məşhur bloger “Slava dayının” Telegram kanalında yayımlanıb.

Verilən məlumata görə, hadisə dənizkənarı Artyomda baş verib. Videoda yanğın törədən şəxsin binaya yanar qarışığı necə atdığı, bundan sonra şalvarının alovlandığı və onun hadisə yerindən qaçdığı görünür.

Yerli mətbuatın məlumatına görə, yanğın törədən şəxs tək olmayıb. Hazırda o və “şəriki” saxlanılıb.

Bildirilir ki, onlar ukraynalı idarəçilərin göstərişi ilə hərəkət ediblər.

Hə bə, onlara nə deyizdirilməlidir..?

Nazlı