Pakistanda terror aktı nəticəsində ölənlərin sayı artır

29 Sentyabr 2023 17:31 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində məscid yaxınlığında Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşan vətəndaşların olduğu ərazidə həyata keçirilən bombalı terror aktı nəticəsində biri polis olmaqla 34 nəfər həyatını itirib, 130-dan çox insan isə yaralanıb.

"Dawn" qəzetində yer alan xəbərə görə, Bəlucistanın Mastunq bölgəsində məscid yaxınlığında insanların toplaşdığı ərazidə bomba işə salınıb.

SİA-nın əldə etdiyi məlumata görə, partlayışda biri polis olmaqla 34 nəfər ölüb, 130-dan çox adam yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və axtarış-xilasetmə qrupları cəlb olunub.

Səlahiyyətlilər hadisənin kamikadzə hücumu ola biləcəyi ehtimalını nəzərdən keçirir.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.