"Bədbəxt Paşinyan hər dəfə özünü batırır" - POLİTOLOQ AÇIQLADI

29 Sentyabr 2023 14:49 (UTC+04:00)

"Nikol Paşinyan nə qədər ki, hakimiyyətdədir, belə sərsəm bəyanatları həmişə olub və olacaq. Çünki adamın təhlisi yoxdur və eyni zamanda küçədən gəlmiş bir cəbhəçidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, əvvəla Azərbaycan Qarabağda heç bir etnik təmizləmə aparmır: "Bütün Ermənistanda bir nəfər azərbaycanlı qalmayıb. Halbuki Ermənistan əhalisinin ötən əsrlərdə yarısı azərbaycanlı idi. 160 ildə bütün Ermənistanı təmizlədilər və orada 1 milyondan çox azərbaycanlıları zaman-zaman çıxardılar".

Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Qarabağa ermənilər gəlmədi. Onlar çox gözəl bilirlər ki, bura onların vətəni deyil. Ümumiyyətlə, ermənilər vətən nədi bilmirlər. Ona görə də bilirdilər ki, Qarabağda müvəqqətidirlər. Biz istəsək-istəməsək də onlar gəzərgi bir xalqdırlar və qaraçıdırlar. Bu səbəbdən də Nikol Paşinyan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin guya "etnik təmizləmə"yə məruz qalması barədə yaydığı bəyanatı Ermənistandakı daxili gərginliyi nisbətən yumşaltmaq üçün atdığı addımdır. Amma bədbəxt hər dəfə özünü batırır. Bunlar indi süni şəkildə bəyan edirlər ki, guya Qarabağdan bu günə qədər 70 min erməni çıxıb. Gərək Azərbaycanın Laçın sərhəd zonasında oradan çıxan erməniləri saysınlar. Ola bilməz ki, 70 min çıxa və hələ orda erməni qala. Bunlar yalan danışıblar ki, Qarabağda 120 min erməni var. İndi bunu gündəmə gətirmək istəyirlər. Halbuki 10 mindən çox erməni Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edib. Çıxanlar silahlılar və ailələri idilər. Onların heç biri Ermənistan vətəndaşı deyil və Qarabağda da qeydiyyatda olmayıblar. Onlar İran, Türkiyə, Suriya, İraq, Fransa, Amerika, Ukrayna və Rusiyadan gəlmiş muzdlular idi. Təbii ki onlar geri qayıdanda öz ailələrini də çıxaracaq. Ermənilər bunu nəzərdə tutursa, bunlar muzdlular və onların ailələridir".

Ayşən Vəli