Günlərlə davam edən təmtəraqlı toy ilə xaricdə ailə quran yazar Şeyma Subaşı ilə misirli iş adamı Məhəmməd Əlsaloussinin xoşbəxtliyi 5 ay davam edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, cütlük bu gün boşanıb.
Evlilikdə psixoloji zorakılıq iddialarından sonra cütlük boşanmaq üçün məhkəməyə müraciət edib. Qərarını açıqlayan məhkəmə Məhəmməd Əlsaloussi ilə Şeyma Subaşını boşayıb.
Boşandıqdan sonra cütlükdən hələlik heç bir açıqlama gəlməyib. Şeyma Subaşı boşanmağının ardından əri ilə olan bütün şəkillərini "İnstaqram" hesabından silib. Vəkil Altun Mimir məhkəmədən sonra müvəkkili Şeyma Subaşı ilə çəkdirdiyi pozanı "İnstaqram" hesabında paylaşaraq “Yaxşı gündə, pis gündə” ifadələrini yazıb.
Ləman Sərraf