Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur

29 Sentyabr 2023 11:15 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunduğunu elan edib.

SİA-nın məlumatına görə, barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, 14D ünvanına bildirə bilərlər.