Azərbaycan basketbol komandasının adı dəyişdirildi

29 Sentyabr 2023 11:12 (UTC+04:00)

2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirak edəcək NTD-nin adı dəyişdirilib. SİA Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, komanda NTD-INDIGO adlanacaq.

Klub artıq paytaxtı yox, Xaçmaz rayonunu təmsil edəcək və ev oyunlarını buradakı Olimpiya İdman Kompleksində keçirəcək.

Qeyd edək ki, NTD ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc qazanıb.