Sumqayıtda 73 yaşlı sakin itkin düşüb

29 Sentyabr 2023 01:07 (UTC+04:00)

Sumqayıt şəhər sakini, 73 yaşlı Eynulla Şirinov itkin düşüb. SİA-nın yerli bürosu məlumat verir ki, o, ötən gün Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

E.Şirinovun yaxınlarının verdiyi məlumata görə, o, yaddaş zəifliyindən əziyyət çəkir.

Faktla bağlı polisə məlumat verilib.