“TRT World Citizen” Humanitar Film Festivalını təqdim edir

28 Sentyabr 2023 23:36 (UTC+04:00)

“TRT World Citizen” Humanitar Film Festivalını təqdim edir

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, “TRT World Citizen”in təşkil etdiyi Humanitar Film Festivalı tamaşaçılar və sənaye mütəxəssisləri ilə görüşə hazırlaşır.

Türkiyə Radio Televiziya Qurumu – TRT-nin verdiyi açıqlamaya görə, festivala Türkiyə, İspaniya, Amerika, Fransa, Hindistan, Nigeriya, Qırğızıstan və Pakistan kimi bir çox ölkədən 370-dən çox film təqdim olunub.

Dünyanın müxtəlif ölkələrindən orijinal filmlərin nümayiş olunacağı festivalda finala yüksələn əsərlər kino sənayesinin önəmli adlarından ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mükafatlı “Tabutda Rövaşata” və “Nöqtə” filmlərini çəkən rejissor Dərviş Zaim festivalın münsiflər heyətinin sədri olub.

“Ən yaxşı film”, “İkinci ən yaxşı film”, “Üçüncü ən yaxşı film” və “İqlim dəyişikliyi” mükafatlırının veriləcəyi festivalın mükafatlandırma mərasimi noyabrın 5-də İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək.

Festival haqqında ətraflı məlumatı "www.worldcitizenfilmfestival.com" saytından əldə etmək mümkündür.